Dünyada il ərzində məktəbə getməyən qaçqın uşaqların sayı 500 min nəfər artaraq 4 milyona çatıb.
Mediainfo.az AzərTac-a istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin qaçqınların işi üzrə ali komissarı idarəsinin Cenevrədə dərc olunan məruzəsində öz əksini tapıb. Məruzədə, həmçinin qurumun qəyyumluğu altında olan 19,9 milyon qaçqından 7,4 milyonunun məktəbli yaşında uşaqların olduğu qeyd edilir.
"Təhsil uşaqlara yaralarını sağaltmaq və ölkəni bərpa etmək imkanı verir. Bu uşaqların və cəmiyyətlərinin təhsilsiz gələcəyi geri dönüşü olmadan itiriləcək", - deyə idarənin başçısı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, qaçqın uşaqlarının normal həyata uyğunlaşması üçün məktəb yeganə məkandır və onların təhsil alması üçün təcili investisiyalar vacibdir. Əks halda, bu uşaqların böyük əksəriyyəti narahatlıq doğuran statistikanı dolduracaq.
BMT-nin qaçqınların işi üzrə ali komissarı idarəsinin məlumatına əsasən, qaçqın uşaqlarının 61 faizi ibtidai məktəbə, 23 faizi isə orta məktəbə gedir və onların yalnız 1 faizi ali təhsil almaq imkanına malikdir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































