Sosial mediada "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fateh Tançalan gecə saatlarında keçirilən əməliyyat zamanı saxlanılıb.
Axşam.az xəbər verir ki, bir neçə gün əvvəl sosial media fenomeni Çağla Öz ilə evlənən Mehmetin Van şəhərində keçirilən toyundan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bununla əlaqədar Van Respublika Prokurorluğu Mehmet barəsində araşdırma başladıb.
Barəsində 25 hadisə ilə bağlı araşdırma aparılan Mehmet bu gün saat 03:00 radələrində Muradiyə rayonundakı evində polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. O, istintaq tədbirlərinin davam etdirilməsi üçün Van Polis İdarəsinin Asayiş Şöbəsinə aparılıb.
Bundan əlavə, Mehmetin sosial mediada yayılan görüntüləri, eləcə də toyda ona taxıldığı bildirilən külli miqdarda qızıl-zinət əşyaları ilə bağlı da araşdırma başladılıb. Qızılların və digər əmlakın mənbəyinin müəyyənləşdirilməsi məqsədilə maliyyə araşdırması aparılır. Hüquq-mühafizə orqanlarının tələbi ilə Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasından (MASAK) da araşdırma aparılması istənilib.
Şübhəlinin polis şöbəsindəki prosedurlarının davam etdiyi, proses başa çatdıqdan sonra Van Respublika Prokurorluğuna göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, toya Azərbaycanda "Baylarsoy" adı ilə tanınan bloger Arifə Məmmədova, həyat yoldaşı, bloger Fidan Zeyn də qatılıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































