Vahid Əhmədov: “2027-ci ildə çətin problemlərlə üzləşə bilərik”

Vahid Əhmədov: “2027-ci ildə çətin problemlərlə üzləşə bilərik”

"Regionlarda iş yerləri yoxdur. İnsanlar məcburdurlar ki, Bakı, Sumqayıt və mərkəzi şəhərlərə gəlib orada işləsinlər. 14 iqtisadi rayonumuz olduğu üçün bu rayonlarda iş yerləri açılmalıdır. Həm kənd təsərrüfatı sahəsində, həm də sənaye sahəsində müəyyən məsələlər öz həllini tapmalıdır ki, insanlar işlə təmin edilsinlər. O cümlədən, maaş, pensiya sahəsində də artımlara fikir vermək lazımdır. İnflyasiya ilə bağlı əməkhaqlarında 7-8 faiz artımlar gözlənilir. Amma bu artımlar inflyasiyanı üstələmir".

Pravda.az xəbər verir ki, bunu sabiq deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, son vaxtlar kənd təsərrüfatına əlavə vergilər yüklənir:

“Dünyanın hər yerində kənd təsərrüfatı subsidiya və dotasiya ilə işləyir. Çalışmalıyıq ki, aqrar məhsullarının idxalını azaldaq. Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilsin. Dünyada gedən siyasi proseslər o qədər dərinləşib ki, hətta 13 dövlət öz əhalisinə ərzaq ehtiyatı yığmağı məsləhət görür.

Doğrudur, Azərbaycanda buna ehtiyac yoxdur, ölkəmizin yetəri qədər iqtisadi, siyasi əlaqələri yüksək səviyyədə inkişaf edib. Amma dövlətin ehtiyatı kifayət qədər olmalıdır. Birdən qarşısıalınmaz proseslər baş verə bilər, bunu da nəzərə almaq lazımdır. 2027-ci ildə dünyada iqtisadi böhran gözləyirəm, ola bilər və Azərbaycana da müəyyən qədər təsiri olsun. Dünyada siyasi proseslər müsbət həllini tapmazsa, 2027-ci ildə çətin problemlərlə üzləşə bilərik”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.18

2026.11.17

2026.11.16

2026.11.15

2026.11.14

2026.11.13

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az