Salyanda avtomobil aşıb: Ana və qızı xəsarət alıb

Salyanda avtomobil aşıb: Ana və qızı xəsarət alıb

Salyan rayonunda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai Avante” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Məlum olub ki, xəsarət alanlar ana və qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.16

2026.11.15

2026.11.14

2026.11.13

2026.11.12

2026.11.11

2026.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az