Rus general Putinə çağırış etdi: Artıq uduzmusan...

Rus general Putinə çağırış etdi: Artıq uduzmusan...

Rusiya ordusunun istefada olan general-polkovniki Leonid İvaşov Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığına görə Vladimir Putini sərt tənqid edib və onu hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

Axar.az xəbər verir ki, general-polkovnik bu çağırışını rusiyalı bloger Pavel İvanovla canlı yayım zamanı səsləndirib.

Onun sözlərinə görə, Kremlin vəd etdiyi asan hərbi əməliyyat tamamilə uğursuzluğa düçar olub:

“Sən artıq uduzmusan. Heç nəyi qabaqcadan görə bilmədin. Bu müharibənin elə də asan qələbə qazanmaq kimi bir şey olmayacağını anlamağa zəkan çatmadı. Müharibənin davam etməsi Rusiyanı tam hərbiləşməyə və iqtisadiyyatdan tutmuş təhsilə və mədəniyyətə qədər, bütün mülki sahələrdə dərin durğunluğa doğru aparır. Müharibəni uzatmaq, bir nəfərin siyasi mövcudluğunu qorumaq naminə, ölkənin gələcəyini məhv edir”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.11

2026.11.10

2026.11.09

2026.11.08

2026.11.07

2026.11.06

2026.11.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az