Türkiyəni təhdid etmişdi: Yeni missiyası Qəzza oldu...

Türkiyəni təhdid etmişdi: Yeni missiyası Qəzza oldu...

Bütün qoşunlarımızı Somalidən çıxararkən, diqqətimizi daha çox Qəzzadakı missiyaya yönəldəcəyik.

Axar.az xəbər verir ki, bunu Uqanda Baş Qərargah rəisi Muhuzi Kayneruqaba özünün X səhifəsində yazıb.

Qeyd edək ki, Türkiyə mediası general Kayneruqabanın bu addımını Yaxın Şərq və Şərqi Afrika diplomatiyasında yeni bir dövrün xəbərçisi kimi qiymətləndirir. Bildirilib ki, son vaxtlar region ölkələri, xüsusilə də Misirlə əlaqələrini intensivləşdirən Uqanda rəhbərliyi, Qəzza ilə bağlı yaradıla biləcək hər hansı sülhməramlı qüvvədə və ya humanitar təşəbbüsdə fəal rol oynamağı hədəfləyir.

Xatırladaq ki, Baş Qərargah rəisi bir müddət əvvəl türklərin Uqandanı tez bir zamanda tərk etməsi ilə bağlı bəyanat yaymışdı.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.09

2026.11.08

2026.11.07

2026.11.06

2026.11.05

2026.11.04

2026.11.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az