"Sabah" bu gün Norveçdə "Viking"in qonağı olacaq

"Sabah" bu gün Norveçdə "Viking"in qonağı olacaq

Çempionlar liqasının sürpriz komandası olan "Sabah" klubu bu axşam UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Masazır klubu ümumi mərhələnin dördüncü turunda səfərdə Norveçin "Viking" komandasının qonağı olacaq.

Stavangerdəki "Lysø Arena"da baş tutacaq görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.

Oyundan əvvəl keçirilən ənənəvi mətbuat konfransında "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas məşqçilər heyətinin rəqibin oyun tərzini hərtərəfli öyrəndiyini və komandanı taktiki xüsusiyyətlərini nəzərə alaraq oyuna hazırladığını qeyd edib. O, əlavə edib ki, komanda rəqibin əvvəlki bütün oyunlarını hərtərəfli təhlil edərək onların güclü tərəflərini nəzərə alıb. Dambrauskas bildirib ki, 23 oyunçunun hamısı qarşıdakı oyuna tam hazırdır, lakin son start heyəti axşam məşqindən sonra müəyyənləşəcək. Məşqçi həmçinin komandanın əhval-ruhiyyəsinin yüksək olduğunu vurğulayıb. Biz də öz növbəmizdə "Sabah"ın Norveçdə daha bir tarixi uğura imza ataraq qələbə qazanacağına inanır və ona yeni uğurlar arzulayırıq.

"Viking" - "Sabah" matçı 4-5 noyabr gecəsi keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Norveç komandası "Sabah"la oyuna kimi birinci turda "rəqib meydanında "Ştutqart"a 1-3 hesabı ilə məğlub olub. İkinci turda isə "Vikinq" sensasiyaya imza ataraq güclü "Bavariya"dan xal almağı bacarıb. Oyun 3-3 hesabı ilə başa çatıb. Özü də almanlar son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilib. Nəhayət üçüncü turda "Vikinq" rəqib meydanında "Aston Villa"ya 1-3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Sabah" 3 xalla turnir cədvəlinin 25-ci sırasında qərar tutub. Aktivində 1 xalı olan "Vikinq" isə 33-cü pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqası

Ümumi mərhələ

4-cü oyun

5 noyabr

00:00. "Viking" (Norveç) - "Sabah" (Azərbaycan).

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.04

2026.11.03

2026.11.02

2026.11.01

2026.10.31

2026.10.30

2026.10.29

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az