ABŞ-ın Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün təşkilatçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bağlı ümumi foto çəkilişini ləğv ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qərar bir sıra ölkələrin nümayəndələrinin Rusiya XİN rəhbəri ilə birlikdə şəkil çəkdirməkdən imtina etməsi səbəbindən qəbul olunub. Etiraz edənlər arasında Almaniyanın xarici işlər naziri İohann Vadeful da olub. O bildirib ki, “Rusiya ilə münasibətlərdə hər şey əvvəlki qaydada davam edə bilməz”.
“Ziddiyyətləri danışıqlar masası arxasında müzakirə etməliyik, buna görə də bu görüş vacibdir. Lakin eyni zamanda yanlış vizual mesajların yaranmasına da yol verməməliyik”, – Vadeful qeyd edib.
Nəşrin yazdığına görə, belə bir fotoşəkil mərasim xarakteri daşıyır və böyük praktiki əhəmiyyətə malik deyil. Bununla belə, bu, bu cür görüşlərin ənənəsidir və dünya liderlərinin birliyini nümayiş etdirmək məqsədi daşıyır.
Almaniyanın və bir sıra digər ölkələrin imtinası ABŞ ilə müttəfiqləri arasında yaranmış fikir ayrılıqlarının əyani simvoluna çevrilib. Bu fikir ayrılıqları ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılması istiqamətində səylər çərçivəsində Rusiya ilə münasibətləri yaxınlaşdırmaq cəhdləri ilə bağlıdır.
Dünyanın ən böyük iqtisadiyyatlarının xarici siyasət idarələrinin rəhbərlərinin görüşü oktyabrın 30-31-də keçirilir. Bu görüş dekabrda Mayamidə baş tutacaq G20 liderlərinin sammiti ərəfəsində təşkil olunur. Tramp Rusiya Prezidenti Vladimir Putini sammitə dəvət edib, lakin Putin hələlik tədbirdə iştirak edib-etməyəcəyini açıqlamayıb.
Sentyabr ayında Eşvildə keçirilən G20 ölkələrinin maliyyə nazirlərinin görüşündə də ümumi foto ilə bağlı oxşar vəziyyət yaranmışdı. Həmin vaxt ABŞ-ın maliyyə naziri Skott Bessent digər iştirakçılarla razılaşdırmadan rusiyalı həmkarı Anton Siluanovu görüşə dəvət etmişdi. Almaniya və bir sıra digər ölkələrin nümayəndələri onunla birgə şəkil çəkdirmək istəmədiklərini bildirmişdilər. Nəticədə Siluanov ümumi fotoşəkildə yer almamışdı.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











