Mücaməddin Axundovun Azərbaycandan çıxışına QADAĞA QOYULDU - FOTO

Mücaməddin Axundovun Azərbaycandan çıxışına QADAĞA QOYULDU - FOTO

Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədrinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Lent.az xəbər verir ki, buna səbəb həmin ittifaqın, dövlət büdcəsi və fondlara ümumilikdə 31 min 605 manat məbləğində vergi borcunun olmasıdır.

Borcların ödənilməsi ilə bağlı İttifaqa dəfələrlə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi məhkəmədə iddia qaldırıb. İddiada Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədri, 78 yaşlı Mücaməddin Möhsün oğlu Axundovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.

Məhkəmə iddianı təmin edib. Qərara əsasən, İttifaqın borcları ödənilənədək Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının tərkibində fəaliyyət göstərir. Birlik regionda yerli istehlak, ticarət və kənd təsərrüfatı xidmətlərini tənzimləyən və dəstəkləyən qurumlardan biridir. Mücaməddin Axundov Tovuz Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür.

Xatırladaq ki, bundan əvvəl də Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının vergi borcları ilə bağlı mediada xəbərlər yayılıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.29

2026.10.28

2026.10.27

2026.10.26

2026.10.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az