“Bursaspor” Toral Bayramovla vidalaşır?

“Bursaspor” Toral Bayramovla vidalaşır?

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun “Bursaspor”dakı karyerası qısa çəkə bilər.

Azerbaycanpolisi.az Futbolinfo.az-a istinadən xəbər verir ki, I Liqa təmsilçisi qış fasiləsində heyətində bəzi dəyişikliklər etməyi planlaşdırır.

12 turdan sonra turnir cədvəlinə başçılıq edən bursalılar indidən növbəti mövsümüm planlarını cızmağa başlayıb. Rəhbərlik Superliqaya uyğun oyunçularla güclənmək niyyətindədir. Bunun üçün isə bəzi futbolçuların yola salınması şərtdir.

Türkiyə mətbuatında klubun əsas heyətə düşə bilməyən bəzi oyunçularla vidalaşmasının mümkünlüyü yazılıb. “Bursaspor”da matçlara əsasən sonradan daxil olan Toral da hələ ki, əsas heyət oyunçuları ilə rəqabətdə uduzur. Bu səbəbdən ayrılma ehtimalı olanlar arasında onun da adı çəkilir.

Qeyd edək ki, “Bursaspor”a mövsümün əvvəlində “Qarabağ”dan keçən Toral Bayramovun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.28

2026.10.27

2026.10.26

2026.10.25

2026.10.24

2026.10.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az