Xalq artisti Yusif Eyvazov dünya şöhrəti, opera sənəti və ifaçılar arasında eqo məsələsindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Qapqara” yutub layihəsində danışıb.
“Dünya şöhrəti erası bitib. Bu şöhrət erası vaqonuna sonuncu hoppanan mənim keçmiş həyat yoldaşım Anna Netrebko oldu. Dünya şöhrətli Selin Dion, Maykl Cekson, Lusiano Pavarotti kimi opera ustaları məşhurların zirvəsində olub. Dünya operasında məni də yaxşı tanıyırlar”, - deyə, Y.Eyvazov bildirib.
Opera ifaçısı mədəniyyətin maliyyəsiz yaşaya bilməyəcəyini vurğulayıb. O, dünyada heç bir teatrın yalnız bilet satışından əldə olunan gəlirlə fəaliyyət göstərə bilməyəcəyini deyib və Verona Arenasını nümunə göstərib:
“Verona Arenası üç ayda bilet satışından 38 milyon avro qazanıb. 90 günə 52 tamaşa nümayiş etdirib”.
Y.Eyvazov indiyədək arzuladığı səhnələrdə çıxış etdiyini, böyük layihələrdə və operalarda iştirak etdiyini söyləyib. O, özünü direktor deyil, ifaçı kimi gördüyünü qeyd edib:
“Mən yüz faizlik direktor ola bilmərəm, ifaçıyam. Səhnəyə işçilərimlə çıxıram, onların həmkarı kimi. Tamaşa bitir, səhəri gün direktor kimi iradlarımı bildirirəm. Bizdə eqo sistemi çoxdur. Elə ifaçılarda eqo var ki... "Jiquli" özünü "Bugatti" kimi göstərəndə gülməli görünür”.
Azərbaycanpolisi.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)



















.jpg)


























