Böyük Britaniyanın ən böyük maliyyə institutlarından biri olan Barclays, əməliyyat xərclərini optimallaşdırmaq və verimliliyi artırmaq məqsədilə qlobal işçi qüvvəsində iri həcmli ixtisarlara gedəcəyini elan edib. Şirkət ilin sonunadək qlobal işçi qüvvəsinin təxminən 5%-nə bərabər olan 5 000 əməkdaşı ilə yollarını ayırmağı planlaşdırır. Bu addım, qlobal bankçılıq sektorunda rəqəmsallaşma və süni intellektin (AI) insan əməyini əvəzləmə meylinin növbəti bariz nümunəsidir.
Diqqətçəkən məqamlardan biri odur ki, ixtisar qərarı bankın maliyyə göstəricilərinin yüksəlişdə olduğu bir dövrə təsadüf edir. Artıq ilin birinci yarısında 1000-dən çox işçi ixtisar edilib. Qalan 4000 nəfərlik ixtisar isə ilin sonuna qədər tamamlanacaq. İşdən çıxarılanların təxminən 60%-ni dəstək və proqram təminatı (IT) bölmələrinin əməkdaşları təşkil edəcək.
Bank yaxın illərdə əməliyyat xərclərinə 2 milyard funt-sterlinqdən çox qənaət etməyi və iş proseslərini avtomatlaşdırmağı hədəfləyir. Bank bu istiqamətdə "Anthropic" kimi aparıcı AI şirkətləri ilə strateji əməkdaşlığı genişləndirib.
İxtisarlar zamanı süni intellektin rolu bank rəhbərliyi tərəfindən belə qeyd edilib:
"Biz süni intellektdən geniş miqyasda istifadə edəcəyik. Lakin süni intellekt bu dəyişiklik tortunun özü deyil, yalnız üzərindəki kremidir." Bu ifadə ilə rəhbərlik vurğulayır ki, kütləvi ixtisarlar təkcə AI-nin insanları əvəz etməsi deyil, həm də ümumi struktur sadələşdirilməsi və təşkilati verimlilik siyasətinin nəticəsidir.
Süni intellektin və avtomatlaşdırmanın sürətlə tətbiq olunması yaxın illərdə bankçılıq sektorunda xüsusilə arxa ofis (back-office) və IT dəstək strukturlarında insan resurslarına ehtiyacın daha da azalacağından xəbər verir...
Şahmurad
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir









.jpg)
.jpg)










.jpg)

































