Türkiyə Azərbaycana buna görə təzyiqə başlayıb? – Qəribə iddia

Türkiyə Azərbaycana buna görə təzyiqə başlayıb? – Qəribə iddia

Bizdə, eləcə də qardaş Türkiyədə bəziləri deyir ki, Azərbaycan və Türkiyə arasında fikir ayrılığı yaradan məsələlərdən biri guya bizim ölkənin “Məkkə sazişinə” qoşulmaqdan imtina etməsidir.

Azerbaycanpolisi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, sözügedən iddianın əsasız olduğunu bildirib:

“Elə həmin adamlardan da bəziləri digər məsələnin Azərbaycanın İsraillə olan münasibətlərinin olduğunu deyirlər. Bu tipli diskusiyalarda ən vacib alət məntiqdir, məntiqi ardıcıllığı qurmaq bacarığıdır: üç addımlıq məntiq quranda bu tipli adamların fikrirlərinin boş olduğu üzə çıxır”.

“Məkkə sazişi”, əsasən, hansı ölkəni qorumaq üçündür? Səudiyyə Ərəbistanını. Yaxşı, Səudiyyə Ərəbistanına təhdidlər haradan gəlir, gələ bilər? İrandan və bu ölkənin birbaşa dəstəklədiyi husilərdən. İran və husilərin əsas düşməni kimdir? Bəli, İsrail. O zaman “Məkkə sazişi” işə düşsə, ən böyük zərbəni kimlər alacaq? İsrailin düşməni olan husilər və onları dəstəkləyən İran.

“Yaxşı, o zaman bu anlaşma həm də kimi qoruyur?” sualını səsləndirən Natiq Cəfərlinin yanaşmasına görə, sözügedən saziş İsrailin də maraqlarına xidmət edir. Bu mövqedən çıxış edən N.Cəfərli Türkiyədən Azərbaycana qarşı yönələn kampaniyanın “Məkkə sazişi” ilə əlaqəli olmadığı qənaətindədir.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.21

2026.10.20

2026.10.19

2026.10.18

2026.10.17

2026.10.16

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az