Azərbaycanın qadın güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azerbaycanpolisi.az xəbər verir ki, 59 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz qızıl medal uğrunda həlledici görüşdə Ukrayna idmançısı Alina Filipoviçlə üz-üzə gəlib. Tam bərabərliklə başa çatan (4:4) qarşılaşmada sonuncu xal prinsipi rəqibin xeyrinə olduğundan G.Qurbanova gümüş medalla kifayətlənib.
Xatırladaq ki, bundan əvvəl yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, ABŞ-nin Las Veqas şəhərində təşkil olunan və oktyabrın 18-dək davam edəcək muandialda ölkəmiz ümumilikdə 23 güləşçi ilə təmsil olunur.
Azerbaycanpolisi.az
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü













.jpg)













.jpg)



























