Dondurucudan 20 yaşlı gəncin meyiti tapılıb

Dondurucudan 20 yaşlı gəncin meyiti tapılıb



Niderlandın Utrext şəhərində qeydə alınan müəmmalı hadisə hüquq-mühafizə orqanlarını ayağa qaldırıb. Bir müddətdir səkidə qaldığı bildirilən dərin dondurucunun içindən 20 yaşlı gəncin meyiti aşkarlanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra polis əraziyə cəlb edilib. Dondurucuda gəncin meyitinin tapılması ətraf ərazidə yaşayanlar arasında ciddi narahatlıq doğurub. Hazırda hadisənin başvermə şəraiti, meyitin nə qədər müddət dondurucuda qaldığı və onun həmin yerə necə gətirildiyi araşdırılır.
İstintaq zamanı bütün versiyalar nəzərdən keçirilir. Bununla yanaşı, Utrext meri Şeron Dayksma ilkin araşdırmaların qətl ehtimalını təsdiqləmədiyini bildirib.
Merin sözlərinə görə, hadisənin dəqiq səbəbləri istintaq yekunlaşdıqdan sonra məlum olacaq.
Hazırda polis ölümün səbəbini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edib. Hadisənin detalları və gəncin ölüm şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.

Şahmurad

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.26

2026.11.25

2026.11.24

2026.11.23

2026.11.22

2026.11.21

2026.11.20

2026.11.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az