Bakı-Tiflis qatarında siqaret çəkdi, həbs olundu

Bakı-Tiflis qatarında siqaret çəkdi, həbs olundu

Bakı-Tiflis qatarında ictimai asayişi pozan şəxs məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, 50 yaşlı Rüstəm İmanov Bakı-Tiflis qatarında səfərdə olarkən icazə verilməyən yerdə siqaret çəkib.

Bu zaman qatarda təhlükəsizliyə nəzarət edən polis əməkdaşları ona irad bildirərək, nizam-intizama dəvət ediblər. Lakin R. İmanov sərxoş halda nalayiq ifadələr səsləndirərək,qanuni tələbə məhəl qoymayıb.

Buna görə də o, saxlanılaraq Ağstafa Xətt Polis Şöbəsinə aparılıb. Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Rüstəm İmanov ifadəsində təqsirini etiraf edərək, hadisə zamanı sərxoş olduğunu deyib. O, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə R. İmanov 6 gün müddətinə inzibati qaydada həbs olunub.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.24

2026.11.23

2026.11.22

2026.11.21

2026.11.20

2026.11.19

2026.11.18

2026.11.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az