Noyabrın 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ: 2 GÜN...

Noyabrın 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ: 2 GÜN...

Noyabrın son günlərində Yer kürəsində maqnit qasırğası baş verə bilər. Kosmik hava proqnozlarına görə, ayın 27-28-də geomaqnit aktivliyinin artacağı və G1 səviyyəli zəif maqnit qasırğasının müşahidə ediləcəyi ehtimal olunur.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi noyabrın 16-da yenilənmiş 27 günlük proqnozunu açıqlayıb.

Proqnoza əsasən, noyabrın 27-28-də geomaqnit sahəsində G1 səviyyəli aktivlik gözlənilir. Bundan əlavə, noyabrın 26-da geomaqnit sahəsinin aktivləşəcəyi, noyabrın 29-da isə qeyri-sabit vəziyyətin müşahidə oluna biləcəyi bildirilir.

G1 maqnit qasırğası şkala üzrə ən zəif səviyyə hesab olunur. Belə hadisələr zamanı elektrik şəbəkələrində cüzi dalğalanmalar, peyk sistemlərinin fəaliyyətində isə kiçik dəyişikliklər mümkündür.

Maqnit qasırğaları zamanı bəzi insanlar baş ağrısı, yorğunluq, yuxu pozuntusu və ümumi halsızlıq hiss etdiklərini bildirirlər. Bununla belə, geomaqnit aktivliyi ilə bu simptomlar arasında birbaşa səbəb-nəticə əlaqəsi elmi cəhətdən tam təsdiqlənməyib.

Qeyd edək ki, kosmik hava proqnozları Günəşdə baş verən proseslərdən asılı olaraq dəyişə bilər. Buna görə də noyabrın sonuna yaxın göstəricilərin yenidən dəqiqləşdirilməsi mümkündür.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.18

2026.11.17

2026.11.16

2026.11.15

2026.11.14

2026.11.13

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az