Maşının altında qalan ana-balanın vəziyyəti açıqlandı

Maşının altında qalan ana-balanın vəziyyəti açıqlandı

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (qadın və körpə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bədənin bir neçə nahiyəsinin sınığı diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Başın açıq yarası diaqnozu təyin edilən 2025-ci il təvəllüdlü körpənin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.05

2026.11.04

2026.11.03

2026.11.02

2026.11.01

2026.10.31

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az