Donald Tramp aralıq seçkilərindən sonra növbəti dəfə İranın nüvə obyektlərinə güclü zərbələr endirmək niyyətindədir

Donald  Tramp aralıq seçkilərindən sonra növbəti dəfə İranın nüvə obyektlərinə  güclü zərbələr endirmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyası gələn həftə keçiriləcək aralıq konqres seçkilərində zəif nəticə göstərərsə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatmağa meylli ola bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Axios Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Bu ssenari Vaşinqton və Tehran arasında münasibətlərin pisləşməsi, eləcə də danışıqları bərpa etmək cəhdləri fonunda nəzərdən keçirilir. ABŞ rəsmisinin sözlərinə görə, Tramp səsvermənin nəticələrinə görə "alçaldılmış və ya dəstəkdən məhrum edilmiş" hiss etdikdə, "qətiyyətli addımlara əl ata" bilər.

Mənbə mediaya əminlik verib ki, "Əgər o, özünü alçaldılmış və ya dəstəkdən məhrum hiss edərsə, cəsarətli bir şey edəcək".

O əlavə edib ki, İran nümayəndələrinə məhz bu mesaj çatdırılır və onlara deyilir ki, indi ABŞ ilə razılığa gəlmək üçün ən yaxşı şansdır. O, nəşrə seçkilərin nəticələrinin ABŞ-ın Tehrana qarşı siyasətini müəyyən edən amil olmayacağına əminlik verib.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.01

2026.10.31

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az