1 noyabr gecəsi Rusiyanın Nijni Novqorod vilayətindəki Neft Emalı Zavoduna zərbələr endirilib. Hücum nəticəsində nəticəsində Rusiyanın ən böyük neft emalı zavodunda güclü yanğın başlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə OSINT kanalları məlumat yayıb. Dron zərbələrindən sonra, təxminən saat 5:11-də Kstovodakı yanğının görüntüləri sosial mediada geniş yayılmağa başladı. Yerli sakinlər şəhərdəki partlayışlardan şikayətləndilər və OSINT kanalları Kstovski Neft Emalı Zavodunun vurulduğunu və ardından obyektdə böyük bir yanğın baş verdiyini bildirdilər. Yanğın bir neçə yerdə də müşahidə edildi.
Yerli hakimiyyət orqanları vəziyyətlə bağlı şərh verməyib və neft emalı zavoduna edilən hücumun mahiyyəti hələ də bəlli deyil. Bu fonda Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Nijni Novqorodda hava limanının fəaliyyətinə məhdudiyyətlər elan edib.
Qeyd etmək lazımdır ki, Kstovski Neft Emalı Zavodu Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir və onun layihə gücü ildə təxminən 17 milyon ton neftdir.
Xatırladaq ki, 30 oktyabr gecəsi Rusiyanın Samara vilayətindəki Novokuibışevsk dronlarla vurulub. Hücumdan sonra Novokuibışevsk Neft Emalı Zavodunda yanğın baş verib.
Əziz MUSTAFA
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə















.jpg)










.jpg)
















.jpg)









