“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi

“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi

Madridin “Real” klubu İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya qalib gəlib.

Oxuməni.az xəbər verir ki, Barselonada keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 41-ci dəqiqəsində “Real”ın hücumçusu Kilian Mbappe hesabı açıb. 61-ci dəqiqədə yarımmüdafiəçi Rafinya Dias hesabı bərabərləşdirib. 87-ci dəqiqədə isə Mbappe dubl edərək komandasına qələbə qazandırıb.

Beləliklə, Joze Mourinyo “Barselona”ya ardıcıl üçüncü dəfə qalib gəlib. O, daha əvvəl 2012/2013 mövsümündə “Real”ın baş məşqçisi olarkən La Liqanın 26-cı turunda və Çempionlar Liqasının yarımfinalında Kataloniya təmsilçisini məğlub edib.

Qeyd edək ki, 10 turdan sonra “Barselona” 27 xalla İspaniya çempionatının lideri olaraq qalır. “Real” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti turda kataloniyalılar oktyabrın 31-də “Alaves”i qəbul edəcəklər. Madrid təmsilçisi isə bir gün sonra səfərdə “Rasinq”lə qarşılaşacaq.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.26

2026.10.25

2026.10.24

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

2026.10.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az