İtaliya yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı planlaşdırır

İtaliya yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı planlaşdırır

İtaliya yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Ölkə parlamentinin dekabrın sonuna qədər hökumətin yeni yaş məhdudiyyətləri tətbiq etmək qərarını təsdiqləyəcəyi gözlənilir. Bununla da İtaliya uşaqların internetdə qorunması üçün tədbirlər görən Avstraliya, Braziliya, Yunanıstan və digər ölkələrin sırasına qoşulacaq.

Dəyişikliyə əsasən, 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdə hesab yaratmaq qadağan ediləcək. 13-15 yaşlı yeniyetmələr yalnız hesablarının valideynlərindən birinin hesabına bağlı olması şərti ilə onlardan istifadə edə biləcəklər. Müstəqil hesablara 16 yaşından etibarən icazə veriləcək.

Düzəliş hələlik müzakirə üçün rəsmi olaraq parlamentə təqdim edilməyib, lakin Baş nazir Giorgi Meloni mərkəz-sağ koalisiyasının dəstəyindən istifadə edir. Parlament mənbələrinin məlumatına görə, sənəd, demək olar ki, mütləq təsdiqlənəcək.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.19

2026.11.18

2026.11.17

2026.11.16

2026.11.15

2026.11.14

2026.11.13

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az