Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə...

Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə...

Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq.

Oxu.az-ın məlumatına görə, bununla bağlı ev təsərrüfatlarının uçotu ilə əlaqədar şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik edilib.

Yeni qaydalara əsasən, ev təsərrüfatı üzvlərinin fərdi identifikasiya nömrəsi (FİN) qeydə alınacaq. FİN olmadıqda bu barədə müvafiq qeyd aparılacaq.

Bundan başqa, şəxsin qohumluq əlaqəsi, cinsi, doğulduğu tarix və yer, vətəndaşlığı və milliyyəti barədə məlumatlar şəxsi hesaba daxil ediləcək.

Şəxsin yaşayış yeri ilə bağlı məlumatların qeydiyyatı da dəqiqləşdirilib. Belə ki, yaşayış yeri dedikdə şəxsin həmin ünvanda 12 ay və daha çox müddətdə yaşaması və ya ən azı 12 ay yaşamaq niyyətində olması nəzərdə tutulur.

Yeni qaydalara görə, şəxsin həmin ünvanda qeydiyyatda olub-olmaması, qeydiyyata alındığı il, qeydiyyatda olmadığı halda isə faktiki qeydiyyat ünvanı da göstəriləcək.

Bundan əlavə, yaşayış sahəsinin kirayə götürülməsi zamanı yazılı kirayə müqaviləsinin, yoxsa şifahi razılaşmanın əsas götürüldüyü barədə məlumat qeydə alınacaq.

Qeyd edək ki, dəyişikliklər ev təsərrüfatlarının uçotu zamanı toplanan məlumatların əhatəsini genişləndirir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.06

2026.11.05

2026.11.04

2026.11.03

2026.11.02

2026.11.01

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az