Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlunun Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.

Bu barədə DTX-nin mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb edib.

Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini təşkil edib.

Bir müddət əvvəl həmin cinayətkar qruplaşmanın bəzi üzvləri Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə dövlət müəssisəsinə basqın etməyə, insanların girov götürülməsinə hazırlıq hərəkətləri etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.

Murad Fetiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar), 283-1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.03

2026.11.02

2026.11.01

2026.10.31

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az