DİQQƏT! Bakıda bu ərazilərdə EVLƏR SÖKÜLƏCƏK

DİQQƏT! Bakıda bu ərazilərdə EVLƏR SÖKÜLƏCƏK

Hansı bina ki, qəzalıdır və istismar müddətini bitirib, onların sökülmə planı var. Hansı ki, köhnə binadır, onlarla bağlı əgər hər hansı bir müraciət varsa, yaxud vətəndaşların yaşayışı üçün təhlükə, risk varsa, texniki vəziyyəti ürəkaçan deyil, istifadə imkanları yoxdursa, məhz onlar sökülür. Yəni, burada layihənin önəmi yoxdur ki, hökmən bu layihə sökülməlidir.

Bunu Unikal.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, əsasən Yasamal, Nəsimi, Sabail, Nərimanov və Xətai rayonlarıdır ki, burada mərkəz və mərkəzə yaxın ərazilər olduğuna görə, təbii ki, ilk növbədə həmin ərazilərə diqqət yetiriləcək və orada mərhələli sökülmə prosesi başlayacaq:

"Amma bu proses dövlət büdcəsi hesabına həyata keçirilmədiyi üçün təbii ki, investorların axtarışları olur.

İnvestorların axtarışı, qərar verilməsi, binaların köçürülməsi və s. Bunlar hamısı kifayət qədər vaxt tələb edən məsələlər olduğuna görə birdən-birə hər hansı bir layihədə olan mənzillərin sökülməsindən söhbət gedə bilməz. Bu yaxınlarda bir məsələ də olmuşdu ki, köhnə binaların bəzilərinin rekonstruksiyasını planlayırlar.

Yəqin ki, köhnə binalar içərisində seçim olacaq. Hansılar konstruktiv elementlər baxımından dayanıqlıdır və hazırda yenə də bir neçə on illik vətəndaşlara xidmət göstərə bilər, yəqin ki, onlar müəyyən ediləndən sonra həmin izolyasiya məsələləri, digər məsələlər həmin binalarda tətbiq oluna biləcək. Hansılar ki, artıq sökülməyə namizəddirlər, onlar risk daşıyıcılarıdır və eyni zamanda texniki vəziyyətləri istifadə üçün yararlı olmadığını iddia etməyə imkan yaradır, o binalar təbii ki, söküləcək. Layihə burada önəm kəsb etmir. Burada binanın istismara uyğun olub-olmaması, texniki vəziyyəti xüsusi önəm kəsb edir".

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.03

2026.11.02

2026.11.01

2026.10.31

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az