Boliviyada Xatiko ləqəbli xoruz səkkiz ildir vəfat etmiş sahibini xəstəxananın qarşısında gözləyir

Boliviyada Xatiko ləqəbli xoruz səkkiz ildir vəfat etmiş sahibini xəstəxananın qarşısında gözləyir

Boliviyada bir xoruz səkkiz ildir vəfat etmiş sahibinin yolunu gözləyir. Oxuməni.az xəbər verir ki, bu barədə iG nəşri yazır.

Santa-Krus-de-la-Syerra şəhərində Martin adlı xoruz yerli sakinlərin tanıdığı məşhur bir quşa çevrilib. O, təxminən səkkiz ildir ki, vaxtilə müalicəyə ehtiyacı olan sahibi ilə birlikdə gəldiyi Şərq Onkologiya İnstitutunun yaxınlığında yaşayır.

Jurnalistlərin məlumatına görə, kişi xərçəng xəstəliyindən müalicə almaq üçün klinikaya müraciət edib və Martin də onu müşayiət edib. Sahibinin ölümündən sonra xoruz evə qayıtmayıb. O, xəstəxananın yaxınlığındakı səkiyə yerləşərək buranı özünə daimi məskən seçib.

Martin yaxınlıqdakı ağacda yatır, hər səhər saat düz 6-da isə ağacdan enərək tibb müəssisəsinin ətrafında gəzişməyə başlayır. Həkimlər, əməkdaşlar və pasiyentlər artıq bu daimi "sakinə" yaxşı bələddirlər və tez-tez ona yemək və su gətirirlər.

Sosial şəbəkələrdə Martinlə bağlı əhvalatı Yaponiyanın Tokio şəhərindəki Şibuya stansiyasında sahibinin ölümündən sonra təxminən 10 il onu gözləyən Xatiko adlı akita-inu cinsli itin taleyi ilə müqayisə ediblər. Sadiqliyinə görə xoruzu nəvazişlə "Boliviyalı Xatiko" adlandırıblar.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az