Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı

Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı

On iki ildən artıqdır ki, almaz axtarışı ilə məşğul olan ABŞ sakini Cek Piradin Arkanzas ştatında çəkisi 6,03 karat olan daş tapıb.

Publika.az “New York Post”a istinadla xəbər verir ki, onun dəyəri 1 milyon ABŞ dollarına çata bilər.

Piradin, Viskonsin sakini olan dostu Maykl Şumaxer ilə birlikdə 1972-ci ildən bəri 37 mindən çox almazın tapıldığı dövlət parkı olan Almazlar kraterində süxur yuyur. Kişi tapıntı anını “TikTok”da canlı yayımlayıb.

Vedrədən qum-çınqıl masaya töküləndə və daş görünəndə o, “Biz böyük birini tapdıq!” - deyə qışqırıb.

Almaz parkda ilin ən böyük tapıntısı olub. Piradin iddia edir ki, kolleksiyaçılar onu 1 milyon ABŞ dolları qiymətləndiriblər. Lakin Litl-Rokdan olan təcrübəli qiymətləndirici Laura Stenli hesab edir ki, bu keyfiyyətdə sarı almaz, qismən mənşəyi sayəsində, təqribən 250 min ABŞ dolları dəyərində ola bilər.

Park giriş üçün 15 ABŞ dolları alır və ziyarətçilərə 18 litrlik vedrəni süxurla doldurmağa, tapdıqları bütün daşları isə özlərində saxlamağa imkan verir. Əksər almazların çəkisi dörddəbir karata yaxındır və bir neçə yüz dollar dəyərindədir. ABŞ tarixində “Dayı Sem” kimi tanınan 40,23 karat çəkisi olan ən böyük almaz 1924-cü ildə məhz burada tapılıb.

Kişi daşın satışından əldə olunacaq gəliri Şumaxerlə bölməyi və kristalların çıxarılması üzrə öz mədənini açmağı planlaşdırır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.07

2026.10.06

2026.10.05

2026.10.04

2026.10.03

2026.10.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az