Rusiyanın Krasnodar diyarına dron qalıqlarının düşməsi nəticəsində beş nəfər xəsarət alıb

Rusiyanın Krasnodar diyarına dron qalıqlarının düşməsi nəticəsində beş nəfər xəsarət alıb

Krasnodar diyarının iki bələdiyyəsində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində beş nəfər xəsarət alıb. Bu barədə regional əməliyyat qrupunun Telegram paylaşımında məlumat verilib.

Severski rayonunun Afipski kəndində dörd nəfər xəsarət alıb. Dron qalıqları həmçinin 13 fərdi evin dam örtüyünə və pəncərələrinə zərər vurub.

Timaşevski rayonunun Medvedovskaya kəndində daha bir nəfər xəsarət alıb. Şəxsi evin pəncərələri də zədələnib.

Bütün qurbanlara tibbi yardım göstərilib. Hadisə yerində təcili yardım və xüsusi xidmət orqanları işləyir.

Ukrayna Silahlı Qüvvələrinin dünən gecə isə Voronej vilayətinə dron hücumuna cəhd etdiyi bildirilirdi. Dronun düşməsi nəticəsində şəhərdə bir fərdi evə və iki avtomobilə ziyan dəyib.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.22

2026.11.21

2026.11.20

2026.11.19

2026.11.18

2026.11.17

2026.11.16

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az