Məhbus xüsusi rejimli həbsxanadan qaçmağı bacarıb

Məhbus xüsusi rejimli həbsxanadan qaçmağı bacarıb

ABŞ-ın Viskonsin ştatında qeyri-adi həbsxana qaçışı hadisəsi baş verib. Ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmiş 39 yaşlı Mario A.Hernandez saxlanıldığı xüsusi rejimli həbsxanadan piyada qaçaraq yoxa çıxıb.
Məlumata görə, ölümcül nəticələnən yol-nəqliyyat hadisəsi və ailədaxili zorakılıq cinayətlərinə görə məhkum edilmiş Hernandez həbsxananı tərk edərkən sadəcə papağını başına qoyaraq ərazidən uzaqlaşıb.
Hadisədən sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib. Qaçan məhbusun tapılması və yenidən saxlanılması məqsədilə polis genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
Hazırda polis əməkdaşları ətraf ərazilərdə axtarışları davam etdirir, eyni zamanda əhalidən də kömək istəyiblər. Vətəndaşlara Mario A.Hernandezi gördükləri və ya onun yeri barədə hər hansı məlumat əldə etdikləri təqdirdə dərhal hüquq-mühafizə orqanlarına xəbər vermələri tövsiyə olunub.
Hadisə xüsusi rejimli cəzaçəkmə müəssisələrində nəzarət və təhlükəsizlik tədbirlərinin effektivliyi ilə bağlı suallar yaradıb...

Şahmurad

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.20

2026.11.19

2026.11.18

2026.11.17

2026.11.16

2026.11.15

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az