ABŞ administrasiyasının regiondakı müttəfiqlərinə İrana qarşı gözlənilən yeni və şiddətli hərbi zərbələrlə bağlı xəbərdarlıq etdiyi iddia olunur.
"The Wall Street Journal" (WSJ) qəzetinin məsələ ilə bağlı yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton və Təl-Əvivin İrana qarşı birgə hərbi əməliyyatlara hazırlaşdığına dair yeni əlamətlər ortaya çıxıb. İki ölkə arasında həm hərbi, həm də diplomatik kanallar vasitəsilə aparılan intensiv danışıqlar Tehran rejiminə qarşı yeni zərbələrin endirilməsi ehtimalını ciddi şəkildə artırır.
Məlumata görə, Vaşinqton bəzi Körfəz ölkələrini ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən (3 noyabr) dərhal sonra baş verə biləcək qısamüddətli, lakin şiddətli hücumlara qarşı hazır olmaları barədə məlumatlandırıb.
Bu çərçivədə ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingentinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir:
Regiondakı ABŞ qüvvələri sursat ehtiyatlarını artırır, döyüş təyyarələri isə ehtimal olunan zərbələrə qarşı tam hazır vəziyyətə gətirilir.
Gələn ay regionda fəaliyyət göstərən təxminən 20 hərbi gəmiyə əlavə olaraq, bir təyyarədaşıyan zərbə qrupunun və Dəniz Piyadaları korpusunun bölmələrinin də Yaxın Şərqə göndəriləcəyi gözlənilir.
CNN telekanalının yaydığı ayrı bir xəbərdə isə qeyd olunur ki, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri prezident Donald Trampdan müvafiq əmr aldıqdan sonra 96 saat ərzində İrana qarşı genişmiqyaslı yeni əməliyyatlara başlamağa tam hazırdır.
Regionda hərbi gərginliyin yüksək həddə çatdığı bir zamanda, tərəflərin atanacağı növbəti addımlar diqqətlə izlənilir...
Şahmurad
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















