19 oktyabr referendumunda Alberta sakinlərinin 76%-dən çoxu bölgənin Kanadanın tərkibində qalmasına səs verib. Oxuməni.az xəbər verir ki. bu barədə CBC-nin ilkin səs sayma nəticələrinə istinadən yaydığı məlumatda deyilir.
Seçicilərin 76,4%-i Kanadanın tərkibində qalmağa, 23,6%-i isə müstəqilliyə səs verib. 5500 seçki məntəqəsinin təxminən dörddə birindən bir milyondan bir qədər çox seçicinin səsləri sayılıb.
Səsvermədə iştirak məlumatları hələ açıqlanmayıb. Səsvermədən əvvəl Seçki Komissiyası bölgənin təxminən 3,1 milyon seçicisinin 80-85%-nin iştirak edəcəyini proqnozlaşdırmışdı. Albertada keçirilən son əyalət seçkilərində iştirak təxminən 60% olub. CBC-nin məlumatına görə, 1,3 milyondan çox insan əvvəlcədən səs verib.
Referendumla bağlı şərh verən Kanadanın Baş naziri Mark Karni qeyd edib ki, albertalılar "aydın seçim" ediblər. "Onlar birliyi, ortaq inkişafı və bir-birlərinə qayğı göstərməyi seçdilər. Ən əsası isə Kanadanı seçdilər. Bütün referendum sualları üzrə səslər hələ də sayılsa da, ayrılma kimi vacib məsələ üzrə nəticə o deməkdir ki, albertalılar və bütün kanadalılar yenilənmiş enerji və yüksək ambisiyalarla irəliləməyə davam edəcəklər", - deyə baş nazir açıqlamasında bildirib.
Karni əlavə edib ki, Kanada dünyada yeni ticarət tərəfdaşlıqları qurur, milli layihələri sürətləndirir və "mərkəzdə Alberta olmaqla qlobal enerji supergücü kimi tam potensialını" reallaşdırmaq üçün çalışır.
Əziz Mustafa
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)




















.jpg)








