Liviyanın şərqində yerləşən Bingazi limanında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus korvet sinifli hərbi gəmi pilotsuz dəniz aparatlarının (dronların) hücumuna məruz qalaraq batıb. Hadisə gəmi Bingazi hərbi-dəniz bazasında lövbərdə olduğu vaxt baş verib. İlkin məlumatlara görə, zərbə nəticəsində güclü partlayış olub və gəmidə yanğın başlayıb. Daha sonra yayılan peyk görüntüləri gəminin böyük hissəsinin çevrilərək suyun altında qaldığını təsdiqləyib.
Məlumata əsasən, hədəfə alınan gəmi Rusiyaya məxsus “Merkuri” korvetidir. Gəmi ölkəsinə qayıdarkən yanacaq və digər təchizat ehtiyatlarını artırmaq məqsədilə Bingazi limanında dayanıbmış.
İlkin araşdırmasına görə, hücumda altı pilotsuz dəniz aparatından istifadə olunub. Onlardan dördünün qarşısı alınsa da, ikisi gəmiyə zərbə endirə bilib. İnsident zamanı Rusiya və Liviya vətəndaşları da daxil olmaqla 10 nəfərin yüngül xəsarət aldığı bildirilir. Həlak olanlar barədə rəsmi məlumat yoxdur.
Hücumun arxasında Ukraynanın dayana biləcəyi ehtimal edilsə də, hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Rusiya rəsmiləri də hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Liviyanın şərq administrasiyası baş verənləri ölkənin suverenliyinə və dəniz təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Hadisənin səbəblərini və təşkilatçılarını müəyyənləşdirmək üçün Rusiya ilə birgə araşdırmaya başlanılıb.
Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviya siyasi və hərbi baxımdan iki yerə bölünüb. Ölkənin şərqində və qərbində fərqli idarəetmə strukturlarının mövcudluğu xarici dövlətlərin bölgədəki nüfuz mübarizəsini daha da kəskinləşdirib.
Ekspertlərin fikrincə, bu insident Rusiya-Ukrayna müharibəsinin coğrafiyasını genişləndirə bilər. Ukraynanın iştirakı təsdiqlənərsə, bu, Aralıq dənizi hövzəsində Rusiya donanmasına qarşı həyata keçirilmiş ən diqqətçəkən əməliyyatlardan biri kimi tarixə düşəcək. Baş verənlər həm də Aralıq dənizində təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşdiyini göstərir...
Şahmurad
Sürücülük vəsiqəsi olmayan yeniyetmənin polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayaraq qaçması zəncirvari yol-nəqliyyat hadisəsinə səbəb olub
Tanınmış şirkət rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı























.jpg)






















.jpg)



