Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir

Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir

İtaliya və Azərbaycan investisiyaların genişləndirilməsi, texnoloji əməkdaşlıq və ticarət əlaqələrinin şaxələndirilməsi hesabına 2025-ci ildə 8 milyard avro olan ikitərəfli ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir.

"Report" bu barədə İtaliyanın Sahibkarlıq və İstehsalat Nazirliyinə (MIMIT) istiadən xəbər verir ki, bu barədə nazir Adolfo Ursonun Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün yekunlarına dair məlumatında bildirilib.

Danışıqlar Romada baş tutub və bununla Azərbaycan nümayəndə heyəti İtaliyaya ikigünlük səfərini yekunlaşdırıb.

Tərəflər yeni investisiya imkanlarını, texnoloji tərəfdaşlıqları, kritik əhəmiyyətli xammal, innovasiyalar sahəsində əməkdaşlığı və strateji təchizat zəncirlərinin inkişafını müzakirə ediblər.

"İtaliya və Azərbaycan arasında əməkdaşlıqda yeni strateji mərhələ açılır", - A. Urso qeyd edib.

Nazirliyin məlumatına görə, İtaliya Azərbaycan ixracı üçün ən böyük bazardır və Azərbaycana mal tədarükçüləri arasında yeddinci yeri tutur. 2025-ci ildə ikitərəfli ticarətin həcmi 8 milyard avroya çatıb və buna enerji sektorundakı əməkdaşlıq təkan verib.

"Confindustria"nın Prezidenti Emanuele Orsininin təşəbbüsü ilə təşkil olunmuş səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti energetika, sənaye mühəndisliyi, rəqəmsal texnologiyalar və materialların emalı sahələrində fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.

Əlaqələrin qurulduğu şirkətlər arasında "Eni", "Snam", "Saipem", "Ansaldo Energia", "Danieli", "Aruba", TIM, "Circular Materials", "Italpreziosi" və TCA yer alır.

Bu istiqamətlərdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi iki ölkənin sənaye tərəfdaşlığını gücləndirməyə, ticarəti şaxələndirməyə və ənənəvi enerji əməkdaşlığından kənarda investisiyalar üçün yeni imkanlar yaratmağa yönəlib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.23

2026.10.22

2026.10.21

2026.10.20

2026.10.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az