“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 11-ci turu çərçivəsində “Əl-Feysali”nin qapısına qol vurub (2:1, ikinci hissə).
Oxuməni az xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbolçu 49-cu dəqiqədə Joau Feliksin ötürməsindən sonra komandasının üstünlüyünü ikiqat artırıb. Bu qol “Əl-Nəsr”ə səfərdə 3:1 hesablı qələbə qazanmağa kömək edib. Portuqaliyalının 52-ci dəqiqədə vurduğu daha bir qol isə ofsayd səbəbindən ləğv olunub.
10 turdan sonra Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 25 xalla ikinci pillədə qərarlaşıb.
Beləliklə, Ronaldonun hesabında 1342 oyunda 982 qol və 261 məhsuldar ötürmə var. Hücumçuya 1000 qola çatmaq üçün daha 18 qol vurmaq lazımdır.
Ronaldo milli komandada vurulan qolların və keçirilən oyunların sayına görə dünya rekordçusu olaraq qalır: onun hesabında 233 rəsmi oyunda 146 qol var.
Kriştianonun klub səviyyəsində karyerasında 836 qolu var.
Qeyd edək ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi isə 1181 oyunda 936 qol vurub və 427 məhsuldar ötürmə edib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir















.jpg)
.jpg)










.jpg)



























