“Həzi Aslanov”-“İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

“Həzi Aslanov”-“İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov - İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.

Bakı Metropoliteni QSC-dən Azerbaycanpolisi.az-a verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib.

Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.

Bununla da “Həzi Aslanov - Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov - İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olunub. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.

Xatırladaq ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.

2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.27

2026.10.26

2026.10.25

2026.10.24

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az