Həcc üçün müraciət edənlərin sayı açıqlandı

Həcc üçün müraciət edənlərin sayı açıqlandı

2027-ci il Həcc ziyarəti üçün 1 həftədə 80-dən çox adam müraciət edib.

Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O, Həcc müraciətlərində keçən illə müqayisədə aktivlik müşahidə edildiyini deyib.

Vüsal Cahangiri əlavə edib ki, hələlik kvota bəlli deyil.

Qeyd edək ki, 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sentyabrın 24-dən başlayıb. İlkin olaraq bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin müəyyən qədər artması istisna edilmir.

Həcc ziyarətinə getmək istəyən şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

-ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olmalıdır);

-şəxsiyyət vəsiqəsinin surəti;

-5×5 santimetr ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);

-sağlamlıq haqqında arayış.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.22

2026.10.21

2026.10.20

2026.10.19

2026.10.18

2026.10.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az