Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə

Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə

Xırdalan şəhərində nəqliyyat sıxlığını azaltmaq və əsas magistrallara çıxış imkanlarını genişləndirmək məqsədilə iki yol layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, layihələr "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.

Bildirilib ki, birinci layihə çərçivəsində yeni tunel və əlaqələndirici yolların inşası, mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bununla şəhərin M-1 və M-4 magistral avtomobil yolları ilə əlaqələri genişləndiriləcək, Xırdalanın müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.

İkinci layihə M-4 magistralından Xırdalanın mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Bu istiqamətdə yeni tunel və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.

Agentliyin məlumatına görə, şəhərdən keçən dəmir yolu xətti Xırdalanı iki hissəyə ayırır. Mövcud keçidlərin məhdudluğu sürücülərin daha uzun məsafə qət etməsinə, bəzi küçələrdə sıxlığın yaranmasına və magistrallara çıxışın çətinləşməsinə səbəb olur.

Qeyd edilib ki, layihələrin reallaşdırılması ilə alternativ nəqliyyat əlaqələrinin yaradılması, nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi və şəhərdaxili küçələrdə sıxlığın azaldılması gözlənilir.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.20

2026.10.19

2026.10.18

2026.10.17

2026.10.16

2026.10.15

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az