Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

ABŞ ilə uğursuz ticarət danışıqlarından sonra Kanadanın Baş naziri Mark Karni Şimali Amerika ölkəsinin Avropa Birliyinə (AB) qoşulmasını və Ottavanı assosiativ üzv etməsini təklif edib. Oxuməni.az xəbər verir ki, bu barədə The Wall Street Journal-ın yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, "ABŞ-la problem Kanadanın Avropaya doğru yönəlməsini sürətləndirdi. Karni hətta Avropa liderlərinə Kanadaya yeni bir ad verilməsini təklif etdi: Avropa Birliyinin assosiativ üzvü".

Karni son aylarda Almaniya, Fransa və İtaliya da daxil olmaqla bütün əsas AB ölkələri ilə danışıqlar aparır. Onların əsas məqsədi Kanadanı Avropa bazarına inteqrasiya etmək idi. Qəzetin məlumatına görə, Brüssel bu ideyaya açıqdır.

Daha əvvəl Finlandiya prezidenti Aleksandr Stubb Kanadanın AB-yə qoşulması barədə danışmışdı. Onun fikrincə, Avropa İttifaqı "böyük düşünməli" və beynəlxalq səhnədə özünü təsdiqləməlidir və buna görə də Aİ üzvlərinin sayının 40-a çatması üçün yeni genişlənmə dalğalarını nəzərdən keçirmək lazımdır.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az