Üçünü işdən çıxardı, ikisinin vəzifəsini dəyişdi, beş nəfərə vəzifə verdi...

Üçünü işdən çıxardı, ikisinin vəzifəsini dəyişdi, beş nəfərə vəzifə verdi...

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub.

“ İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.

Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Rauf Həsənov vəzifəsindən azad olunub. Onun yerinə Azər Kərimov təyin edilib. A.Kərimov bu təyinatadək Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda Baş məsləhətçi vəzifəsində çalışıb.

Bundan əlavə, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev də vəzifəsindən azad olunub. Onun yerinə isə Ərazi-təşkilat məsələləri sektorunun sabiq müdiri Rauf Həsənov təyin edilib. N.Allahverdiyev isə Bakı Şəhər Təhsil İdarəsində yeni vəzifəyə təyinat alıb.

Kadr islahatları Hüquq və kadr məsələləri sektorunda da aparılıb. Belə ki, Orxan Əliyev məsləhətçi vəzifəsindən azad edilib, onun yerinə Samir Nəbiyev təyin olunub.

Həmçinin Xocəsən nümayəndəliyinin Baş məsləhətçisi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramiz Həsənzadə də vəzifəsindən azad edilib. Onu bu vəzifədə Məcid Səmədzadə əvəzləyib.

İcra başçısının Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində də yeni kadr təyinatları həyata keçirilib. Natiq Dərvişli Baş məsləhətçi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı vəzifəsinə, Ülviyyə Məmmədova isə məsləhətçi vəzifəsinə təyin edilib.

Naibə İbrahimova isə icra başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl Binəqədi RİH başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Abasov vəzifəsindən azad olunaraq Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib. İcra başçısının sərəncamı ilə Xocəsən qəsəbə nümayəndəsi vəzifəsinə isə Namiq İbadzadə təyinat alıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.22

2026.10.21

2026.10.20

2026.10.19

2026.10.18

2026.10.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az