UEFA Çempionlar Liqasının üçüncü turunda Azərbaycanın "Sabah" komandası Almaniyanın "Borussiya" Dortmund komandasını qəbul edib.
Bakı Olimpiya Stadionunda baş tutan oyun gözlənildiyi kimi rəqibindən xeyli güclü olan "Borussiya" Dortmund üçün heç də asan keçməyib. Oyunun əvvəli meydan sahiblərini təzyiq altında saxlamağa çalışan dortmundluların güclü hücumları altında keçib. Güclü rəqib qarşısında mükəmməl müdafiə ilə tab gətirməyə çalışan meydan sahibləri bununla belə öz qapılarının toxunulmazlığını qoruyub saxlaya bilməyiblər. Oyunun 9-cu dəqiqəsində "Borussiya"nın hücumçusu Sery Qirassi müdafiəçilərimizin ani səhvindən ustalıqla istifadə edərək sərrast zərbə ilə hesabı açaraq komandasını irəli çıxarıb: 1-0.
Buraxılmış qoldan ruhdan düşməyən "Sabah" komandası qısa müddətdə oyunda üstünlüyü ələ ala və rəqib komandasının qapısına cəsarətli hücumlar təşkil edə bilib. Bu da tezliklə öz nəticəsini verib. Belə hücumlardan birində, oyunun 39-cu dəqiqəsində Aden Makkarti başla topu "Borussiya"nın qapısına göndərərək hesaba tarazlıq gətirib: 1-1.
Birinci hissə bu hesabla da başa çatıb. İkinci hissənin əvvəli də qonaq komandanın aramsız hücumları ilə başlayıb. "Sabah" əzmkar oyun nümayiş etdirsə də, "Borussiya"nın hücumçusu Qirassı oyunun 53-cü dəqiqəsində dubl edərək özünün və komandasının ikinci qolunu vuraraq yenıdən komandasını hesabda irəli çıxarıb: 2-1.
Oyunun qalan dəqiqələrində güclü rəqibə qarşı əzmkar oyun nümayiş etdirən və demək olar onunla bərabər səviyyədə mübarizə aparan "Sabah"ın oyunçuları bununla belə oyunda tarazlığı bərpa edə bilməyiblər. Oyun 2-1 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. Məğlubiyyətə və məyusedici nəticəyə baxmayaraq "Sabah" güclü rəqib qarşısında qələbəyə bərabər əzmkar oyun nümayiş etdirib.
3-cü turun ilk iki oyunundan sonra "Sabah" 3 xalla 23-cü yeri tutur. Oyundan sonra keçirilən mətbuat konfransında "Borussiya"nın baş məşqçisi Niko Kovaç deyib ki, "Rəqibimiz çox güclü idi. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər, bizə qarşı baxımlı çıxış etdilər".
Kovaç daha sonra qeyd edib ki, “Sabah"a göstərdiyi futbola görə təbriklər düşür:
"Həqiqətən, layiqli mübarizə apardılar. Sözün açığı, təəccüblənmədim. Çünki "Sabah"ı araşdırarkən onların yaxşı oyun nümayiş etdirdiklərini görmüşdüm. Çoxları düşünürdü ki, Norveç və Azərbaycana yollanarkən asan qələbələr qazanacağıq. Lakin bu, belə deyil. Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər".
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas da komandasının güclü rəqiblə göstərdiyi oyundan məmnun qaldığını deyib:
"Yaxşı imkanlarımız oldu, amma onlardan yararlana bilmədik. Əlimizdən gələni etdik. Son saniyəyə qədər oyunun içində qaldıq. Lakin rəqibin ustalığı özünü göstərdi. Onlar yaranan imkanlardan istifadə etdilər. Futbolçularımın göstərdiyi mübarizə ilə fəxr edirəm".
İki oyundan sonra "Sabah" 3 xalla turnir cədvəlinin 23-cü pilləsində qəraraşıb.
"Sabah" növbəti oyununu 4 noyabrda səfərdə Norveçin "Viking" klubu ilə keçirəcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən "Sabah" - "Borussiya" matçından (1:2) hazırlanmış videoicmalı təqdim edirik:
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. "Sabah" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2
Qollar: Seru Qirassi, 10 (0:1), Aden Makkarti, 39 (1:1), Seru Qirassi, 53 (1:2)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Bakı Olimpiya Stadion
Dünün keçiirlən turun digər oyunlarının nəticələri ilə futbolsevərləri tanış edirik:
20 oktyabr
"Fənərbaxça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya) - 2:2
Qollar: Oğuz Aydın, 4, Meyson Qrinvud, 11 – Lukaş Provod, 15, Pavel Kaçor, 90
"Sabah" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2
Qollar: Eyden Makkarti, 39 – Seru Qirassi, 10, 53
"Roma" (İtaliya) - "Slovan" (Bratislava, Slovakiya) - 4:0
Qollar: Mario Hermoso, 21, Nahuel Molina, 39, Niccolo Pisilli, 52, Donyell Malen, 58-pen.
"Portu" (Portuqaliya) - PSV (Niderland) - 0:1
Qol: Quus Til, 57
"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 4:3
Qollar: Aleksis Mak Allister, 36, 65, Ronald Arauxo, 45+2, Florian Virts, 68 – Jorj Mikautadze, 4, Serxi Kardona, 29, Tani Oluvaseyi, 87
"Mançester Siti" (İngiltərə) - AEK (Yunanıstan) - 5:1
Qollar: Elliot Anderson, 12, Fil Foden, 34, 65, 76, Rayan Şerki, 57 – Stavros Pilios, 52
PSJ (Fransa) - "Barselona" (İspaniya) - 4:2
Qollar: Dezire Due, 38, Lukas Ernandes, 72, Vitinya, 81, Fabian Ruis, 86 – Xavi Espart, 55, Lamin Yamal, 79
"Napoli" (İtaliya) - "Bodo-Qlimt" (Norveç) - 4:3
Qollar: Matteo Politano, 1, Skott Maktominey, 41, 75, Odin Luras Byoortuft, 88-avtoqol – Yens Petter Hauge, 27, Andreas Helmersen, 62, Sondre Fet, 90+4
"Ştutqart" (Almaniya) - "Atletiko" (İspaniya) - 1:1
Qollar: Yami Levelinq, 36 – Xulian Alvarez, 47
Bu gün isə turun digər oyunları keçiriləcək:
21 oktyabr
20:45. "Komo" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)
20:45. "Lill" (Fransa) - "Qalatasaray" (Türkiyə)
23:00. "Aston Villa" (İngiltərə) - "Vikinq" (Norveç)
23:00. "Brügge" (Belçika) - "Lans" (Fransa)
23:00. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə)
23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna)
23:00. "Real" (İspaniya) - "Leyptsiq" (Almaniya)
23:00. "Betis" (İspaniya) - "Feyenoord" (Niderland)
23:00. "Sportinq" (Portuqaliya) - LASK (Avstriya)
Əziz MUSTAFA
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir







































.jpg)















