Türkiyədən Azərbaycana “bayraq hücumu” – Kimlər təşkil edib?

Türkiyədən Azərbaycana “bayraq hücumu” – Kimlər təşkil edib?

Bəzi media orqanları və sosial şəbəkə hesablarında yayılan “Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd” iddiaları dezinformasiya kimi qiymətləndirilib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, yayılan görüntülər köhnə tarixə aiddir.

“Görüntülərin çəkildiyi vaxt Türkiyə bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribata ilk və ən sərt reaksiya Azərbaycan vətəndaşları tərəfindən verilib. Türk bayrağının endirilməsi kimi bir hadisə baş verməyib”, – deyə paylaşımda qeyd olunub.

Mərkəz vurğulayıb ki, köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi və kontekstdən çıxarılaraq yayılması Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə alır. İctimaiyyət bu cür manipulyasiyalara qarşı diqqətli olmağa çağırılıb.

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətləri gərginləşdirmək istəyən üçüncü qüvvələrin mövcudluğu sirr deyil:

“Bu qüvvələr sırasında Rusiya, İran və İsraildəki müəyyən dairələri, eləcə də sosial şəbəkələrdə fəaliyyət göstərən müxtəlif qrupları nəzərdə tutmaq olar. Sirr deyil ki, Azərbaycanla Türkiyə arasında münasibətlərdə gərginlik yaratmaq istəyən üçüncü qüvvələr var. Burada həm Rusiyadakı, İrandakı və İsraildəki müəyyən dairələri, həm də digər qüvvələri nəzərdə tuturam.

WhatsApp Image 2026 03 11 at 10.08.30 1

Fərhad Məmmədov

Eyni zamanda, sosial şəbəkələr elə bir məkandır ki, burada istənilən şəxs səhifə yaradaraq məlumat paylaşa bilər. Saxta məlumatlar yayıla, daha sonra isə real şəxslərə məxsus sosial şəbəkə hesabları tərəfindən yoxlanılmadan paylaşılaraq geniş auditoriyaya çatdırıla bilər. Bəziləri izləyici kütləsini artırmaq, digərləri isə Türkiyədə oturaraq Azərbaycanı sevdiyini göstərmək məqsədilə belə addımlar ata bilər.

Yaxşı olardı ki, dövlət qurumları bu məsələyə diqqət yetirsinlər. Məlumatın dezinformasiya olduğu bildirilirsə, bundan sonra da araşdırma aparılmalıdır. Bu istiqamətdə daha fəal işlər görülməsinə ehtiyac var. Belə məlumatları yayanlara qarşı müvafiq tədbirlər görülməlidir. Əgər onlar üçün münbit şərait olmasa, fəaliyyətlərinin nəticəsiz olduğunu anlayar və bu qədər fəal olmazlar”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.22

2026.10.21

2026.10.20

2026.10.19

2026.10.18

2026.10.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az