Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.
Ona qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Ə.Əli-zadənin qardaşı Orxan Əlizadə Xətai Rayon Məhkəməsində hakimdir.
Xatırladaq ki, insidentlə əlaqədar saxlanılan digər 5 nəfər - Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov, Həsən Zülfiqarov barəsində təqdimata Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və 4 ay həbs qətimkan tədbiri seçilib.
Xətai Rayon Məhkəməsinin hakim heyəti öz-özünə etiraz edib və Ə.Əli-zadənin işinə ayrı məhkəmədə baxılması üçün vəsatət qaldırmışdı. Materialın baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdi.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir































.jpg)
.jpg)










.jpg)












