Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi

Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə FPV dronları vasitəsilə Moskvanın raketdən müdafiə sisteminin əsas elementlərindən birinə və elektrik enerjisi obyektinə hücum hazırlamaqda şübhəli bilinən Qafqazdan olan iki nəfəri saxlayıblar.

Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Federal Təhlükəsizlik Xidməti 1991-ci il və 1998-ci il təvəllüdlü, Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri olan və terror aktına hazırlıqda iştirak edən Cənubi Qafqazdan olan iki nəfərin təxribat fəaliyyətinin qarşısını alıb”, – məlumatda bildirilib.

FTX-nin məlumatına görə, şübhəlilər gizli yerlərdən götürdükləri zərbə dronlarını işə salınmaq üçün Moskva vilayətinə çatdırmalı və uçuşdan əvvəl aktivləşdirməli idilər. Dronların sonrakı idarəetməsinin Ukrayna ərazisindən məsafədən həyata keçirilməsi nəzərdə tutulub.

“Elektrik enerjisi obyektinə, eləcə də Moskvanın raketdən müdafiə sisteminin əsas elementlərindən birinə qarşı terror aktına hazırlıq mərhələsində şübhəlilər FTX əməkdaşları tərəfindən saxlanılıblar”, – qurumdan bildirilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.27

2026.10.26

2026.10.25

2026.10.24

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az