Britaniya kral ailəsinə xidmət edən həkim evində öldürüldü

Britaniya kral ailəsinə xidmət edən həkim evində öldürüldü

Britaniya kral ailəsinin həkimi Hanna Terri İngiltərənin şərqində, Norfolk qraflığındakı Sandrinqam malikanəsinin yaxınlığında yerləşən evində ölü tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkarlanıb. Məlumata görə, o, başından küt alətlə aldığı zərbə nəticəsində həyatını itirib.

Həkimin əri Mark Keyn qətldə ittiham olunur. O, daha əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hanna Terri Sandrinqam malikanəsində olduqları müddətdə kral ailəsinin yüksək vəzifəli üzvlərinə tibbi xidmət göstərib.

Qəzetin mənbələrinin məlumatına görə, Terrinin ölümü barədə Britaniya kralı III Çarlz və kraliça Kamillaya məlumat verilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.08

2026.10.07

2026.10.06

2026.10.05

2026.10.04

2026.10.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az