Xocalıda 16 yaşlı qızını nişanlayan ata cərimələndi

Xocalıda 16 yaşlı qızını nişanlayan ata cərimələndi

Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb.

Azerbaycanpolisi.az Lent.az-a istinadla xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla) hüquq-mühafizə orqanlarına müraciətində 16 yaşlı qızının itkin düşdüyünü bildirib.

Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.

Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısı oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə A. Rzayev 1000 manat məbləğində inzibati qaydada cərimələnib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.07

2026.10.06

2026.10.05

2026.10.04

2026.10.03

2026.10.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az