Böyük Britaniyanın Hertfordshire əyalətində yerləşən sakit və varlı yaşayış məntəqələrindən biri olan Bushey şəhərciyi dəhşətli bir cinayət xəbəri ilə sarsılıb. BBC-nin tanınmış idman şərhçisi John Hunt-ın Bushey şəhərindəki mənzilində həyat yoldaşı Carol Hunt və iki qızı Hannah və Louise ağır xəsarətlərlə tapılıblar. Hücum edən şəxs evin içində hər üç qadını xüsusi işgəncə aləti olan arbalet və bıçaqla hədəf alıb. Hadisə yerinə gələn təcili tibbi yardım heyətinin cəhdlərinə baxmayaraq, hər üç qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Kyle Clifford adlı şəxsin tutulması üçün Hertfordshire Polisi və London Polisi genişmiqyaslı xüsusi əməliyyata başlayıb. Şübhəli şəxs Şimali Londonun Enfield ərazisindəki qəbiristanlıqların birində yaralı halda ələ keçirilib. Məhkəmə-tibbi ekspertizası və polisin ilkin versiyasına əsasən, cinayət qurbanlardan biri ilə keçmiş münasibətlərin kəsilməsi zəminində qisas məqsədilə törədilib.
Hazırladı: Platon
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...

















.jpg)
.jpg)




































