Putini qoruyan 4 nəfər kimdir?

Putini qoruyan 4 nəfər kimdir?

Ukraynanın açıq mənbəli “OSİNT-Bees” kəşfiyyat təhlili qrupu Vladimir Putinin ən yaxın köməkçilərindən bəzilərini müəyyən edib.

Bu barədə qrupun yaydığı açıqlamada bildirilib.

“Bu insanlar Rusiya prezidentinin ən yaxın mühafizəçiləri və xidmətçiləridir. Bəzən hətta qonşu otaqda gecələyirlər”, – məlumatda qeyd olunub.

"OSİNT-Bees" Putinin köməkçilərini "adyutant" adlandırıb və onları imperiya dövründə rus çarlarına yardım edən şəxslərlə müqayisə edib.

Qeyd olunub ki, onların hamısı Moskva şəhəri və ya Moskva vilayətindəndir, Federal Mühafizə Xidmətinin (FMX) Prezident Təhlükəsizliyi Xidmətində xidmət edirlər və polkovnik-leytenant və ya daha aşağı rütbəyə malikdirlər:

“Onlar ekzotik məkanlara səyahət etməyi sevirlər və bahalı avtomobillərə sahibdirlər. Həmin şəxslər Putinin ölkədaxili və beynəlxalq səfərləri zamanı Kremlin saytındakı fotoşəkillərdə tez-tez onunla yanaşı görünürlər, lakin onların kimliyi barədə çox az məlumat var”.

“OSİNT-Bees”in məlumatına görə, Putinin köməkçilərindən biri Aleksey Melnikov adlı şəxsdir. 39 yaşlı Aleksey Federal Mühafizə Xidmətinin Akademiyasının məzunudur. Fotolarda onun rəsmi səfərlər zamanı Putini müşayiət etdiyi əks olunub. Həmçinin onun həyat yoldaşı ilə birlikdə çimərliklərdə istirahət etdiyi fotolar da mövcuddur.

Digər şəxs 43 yaşlı Sergey Moskalenkodur. Yayılan fotolarda onun Çin lideri Si Szinpin və digər dünya liderləri ilə görüşləri zamanı Putini müşayiət etdiyi görünür. Onun Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Qolitsın adına Sərhəd İnstitutunu bitirdiyi ehtimal olunur.

Köməkçilərdən daha biri 43 yaşlı Konstantin Panindir. O, Putinin ölkə daxilindəki səfərləri zamanı çəkilən fotolarda tez-tez prezidentin yanında görünür.

Dördüncü şəxs kimi Moskva vilayətinin Domodedovo rayonundakı Barıbino qəsəbəsindən olan 38 yaşlı İvan Rojko göstərilib. O da Rusiya Federal Mühafizə Xidmətinin Akademiyasının məzunudur.

"Bu insanların hamısı səliqəli geyinirlər. Onlar Prezidentin Təhlükəsizlik Xidmətindən seçildikləri üçün hündürboylu, atletik və möhkəm bədən quruluşuna malikdirlər. Onlar Putinin yanında özlərini necə aparmalı olduqlarını bilirlər və başa düşürlər ki, diqqəti həddindən artıq özlərinə cəlb etməməlidirlər", – Putin haqqında kitabın müəllifi Mark Qaleotti “Nyusvik” jurnalına bildirib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.01

2026.09.30

2026.09.29

2026.09.28

2026.09.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az