Azərbaycanlı qıza Pakistanda kütləvi təcavüz oldu – “Əvvəlcə iki qadın yaxınlaşıb, sonra isə…”

Azərbaycanlı qıza Pakistanda kütləvi təcavüz oldu – “Əvvəlcə iki qadın yaxınlaşıb, sonra isə…”

Azərbaycandan iş üçün Pakistana gedən 20 yaşlı Diana adlı azərbaycanlı qızın kütləvi təcavüzə məruz qaldığı bildirilir.

Azerbaycanpolisi.az “Globalinfo.az”-a istinadla xəbər verir ki, bu barədə “Daily Pakistan” məlumat yayıb.

Nəşr yazır ki, gənc qız Lahorda olarkən ona tanımadığı iki qadın yaxınlaşıb. Diana naməlum səbəbdən qadınlarla birlikdə yaxınlıqdakı kafeyə gedib. Bu zaman həmin qadınları sözügedən kafedə artıq üç kişi tanışı gözləyib. Kafedə qızın özünün də xəbəri olmadan içkisinə sərxoşedici maddə töküldüyü və üç kişinin onu huşsuz vəziyyətdə bir mənzilə apararaq təcavüz etdikləri bildirilir.

Daha sonra onlar qızı hava limanı yaxınlığında atıb qaçıblar. Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, məsələ araşdırılır və polis həmin şəxsləri axtarır.

Bildirilib ki, iki ay əvvəl Lahorda iki xarici vətəndaşla bağlı yenə eyni hadisə baş verib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.28

2026.09.27

2026.09.26

2026.09.25

2026.09.24

2026.09.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az