Azərbaycanda bank kartları ilə fırıldaqçılıq, eləcə də saxta zənglər və hesab məlumatlarını əldə etməyə cəhd halları qeydə alınıb.
Oxuməni.az “Day.Az”a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunur ki, fırıldaqçılar adətən özlərini bank işçisi kimi təqdim edərək, kart məlumatlarını və SMS vasitəsilə göndərilən təsdiq kodlarını əldə etməyə çalışırlar.
"Unutmayın ki, heç bir bank işçisi sizdən PİN, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlarınızı soruşmayacaq. Əgər şübhəli kart əməliyyatları, icazəsiz debitlər və ya köçürmələr müşahidə etsəniz, dərhal 102-nin qaynar xəttinə məlumat verin. Şübhəli zənglər, mesajlar və ya keçidlər alsanız, cavab verməyin, heç nə bildirməyin və dərhal polisə müraciət edin.
Biz kart əməliyyatlarını mütəmadi olaraq yoxlamağı, mobil proqramlarda “bildirişlər” funksiyasını aktiv saxlamağı, qeyri-rəsmi saytlardan uzaq durmağı, şübhə yarandıqda isə yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlamağı tövsiyə edirik”, - məlumatda deyilir.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































