“Volkswagen”də böhran dərinləşir - Zavodlarda bağlanma təhlükəsi

“Volkswagen”də böhran dərinləşir - Zavodlarda bağlanma təhlükəsi

Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in maliyyə itkiləri artıb. Çin avtomobillərinin güclənməsi və elektriklə işləyən maşınlara marağın artması şirkətin satışlarına mənfi təsir göstərib.

“Yeni Sabah” xəbər verir ki, “Volkswagen” 2026-cı ilin üçüncü rübündə 5,8 milyard avro zərər etdiyini açıqlayıb. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq 75,3 milyard avroya düşüb. Ötən ilin eyni dövründə də şirkət zərərlə üzləşmişdi. Həmin vaxt açıqlanan zərər 1,1 milyard avro təşkil etmişdi.

“Volkswagen”in əməkdaşları ilə bağlı qərarı da gündəmə gəlib. Şirkət 2030-cu ilədək işçilərin maaşlarını artırmayacağını açıqlayıb. Bundan başqa, avtomobil istehsalçısının Almaniyadakı dörd zavodunu bağlamağa hazırlaşdığı barədə xəbərlər yayılıb. Şirkət bu məlumatları təkzib etməyib.

Dünyanın ən böyük avtomobil bazarı olan Çində rəqabətin sərtləşməsi “Volkswagen” və digər iri istehsalçıların satışlarına təsir göstərir. Tələbatın zəifləməsi avtomobil şirkətlərinin maliyyə itkilərini artırır. “Audi”, “Seat” və “Skoda” kimi markaları da birləşdirən “Volkswagen” qrupu ötən ay illik mənfəətinin 10 milyard avro azala biləcəyi barədə xəbərdarlıq etmişdi. Buna səbəb əsasən Çin bazarında çətinliklərlə üzləşən “Porsche” şirkətindəki payların dəyərinin azalması olub.

Çin istehsalı olan avtomobillər müasir istehsal texnologiyaları və qiymət baxımından əlverişli təklifləri ilə daha çox alıcının marağına səbəb olur.

Qeyd edək ki, Çin dünya üzrə elektrik avtomobillərinin istehsalının təxminən 75 faizinə sahibdir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az